Belfast Sağlamlıq və Sosial Baxım Fondu və İrlandiya Kral Cərrahlar Kollecinin alimləri statistik məlumatları təhlil edərək, nə vaxt özünüzə qarşı diqqətli olmaq lazım olduğunu öyrəniblər.
E-saglam.az xəbər verir ki, həftənin digər günləri ilə müqayisədə bazar ertəsi infarktların orta göstəricisi 13% yüksəlir.
Həkimlərin sözlərinə görə, miokard infarktı olan xəstələrin sayı bazar günü artmağa başlayır və bazar ertəsi pik həddə çatır. Amma həkimlər konkret səbəbləri demirlər. Hələlik onlar yalnız bunun bazar ertəsi dəyişən həyatın ritmi ilə bağlı ola biləcəyini güman edirlər. Yuxu qəflətən zəngli saatla kəsilir, sonra dərhal işə tələsməlisən - bütün bunlar həftə sonundan sonra qeyri-adi olur və buna görə də ürəyə əlavə yük olur.
Mümkün səbəblər arasında miokard infarktı üçün xarakterik olan psixo-emosional stress də var. Bir çox insanlar üçün iş həftəsinin başlanğıcı o qədər streslidir ki, vəziyyətlərinin öhdəsindən gələ bilmirlər. Rejimin kəskin dəyişməsi ilə birlikdə bu, ürəyin işinə təsir edə bilməz.
Həkimlər hələ son səbəbi adlandırmasalar da, statistika inandırıcı şəkildə sübut edir ki, bazar və bazar ertəsi özünüzə daha da diqqətli olmaq lazımdır.
Tərcümə: Könül Oruc