Tibbi xəbərlər
Britaniya səfiri: "Azad olunmuş ərazilərdə tibb ocaqlarının yaradılmasına kömək edəcəyik"
Tibbi xəbərlər
242

Britaniya səfiri: "Azad olunmuş ərazilərdə tibb ocaqlarının yaradılmasına kömək edəcəyik"

Səhiyyə Nazirliyində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə E-saglam.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olduğunu bildirib. Onun sözlərinə görə, iki ölkə arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur. T.Musayev gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

C.Şarp isə 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə tibb müəsissələrinin yaradılmasında Böyük Britaniyanın köməyini əsirgəməyəcəyini söyləyib. Ümumbəşəri bəlaya çevrilən COVID-19 pandemiyası məsələsinə toxunan səfir postkovid dövründə Azərbaycan-Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsinin daha da zəruri olduğunu qeyd edib.

Görüşdə tərəflər həmçinin səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, eyni zamanda əczaçılıq sənayesində gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun