Tibbi xəbərlər
Böyük qarını olan adamlarda
Tibbi xəbərlər

Böyük qarını olan adamlarda qəfil ölüm riski var?

Böyük qarın ani ölümə səbəb ola bilər.

Tədqiqatçılar piylənmə ilə ürək dayanması arasında əlaqəni tapıblar.

E-saglam.az xəbər verir ki, Kardioloq Səlcuq Adabağın rəhbərlik etdiyi tədqiqatçılar bədən yağının qəfil ürək ölümü riskinə təsir etdiyini araşdırırdılar.

Tədqiqatçılar 45-64 yaşlı təxminən 15 000 kişi və qadını əhatə ediblər. Bütün iştirakçılar 1987-1989-cu illərdə, daha sonra isə 1990-2013-cü illərdə hər il ətraflı sağlamlıq müayinələrindən keçmişlər.

12,5 il ərzində əksəriyyəti 50 yaşdan yuxarı olan 253 nəfər dünyasını dəyişib.

Gözlənilmədən dünyasını dəyişənlərdə yüksək qan təzyiqi və yüksək xolesterin kimi ürək-damar xəstəlikləri var idi. Onlar həmçinin daha yüksək bədən kütləsi indeksinə, daha böyük bel və omba çevrələrinə malik idilər.

Ölüm riski ümumi piylənmə ilə əlaqələndirilirdi, amma siqaret çəkməyənlərdə və bel ətrafı böyük olan insanlarda qəfil ürək ölümü riski iki dəfə çox idi.

Qəfil ürək ölümü, ürəyin dayanması səbəbindən baş verir, bu zaman bütün bədəndə qan axını, o cümlədən beyinə qan axını sürətlə azalır. (Medicina.az)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun