Tibbi xəbərlər
Böyük Britaniyada xərçəngə qarşı peyvəndin hazırlanmasında
Tibbi xəbərlər
239

Böyük Britaniyada xərçəngə qarşı peyvəndin hazırlanmasında irəliləyiş əldə olunub

2025-ci ildə xərçəng xəstəliyinə qarşı peyvəndin yaradılmasında yeni mərhələ başlaya bilər.

E-saglam.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Economist” jurnalı alimlərə istinadən yazıb.

Müəlliflər xərçəngə qarşı peyvəndin sınaqlarının uğurlu olduğunu qeyd ediblər. Ən son nümunələr effektivliyini göstərib. Hazırda alimlər preparatın dəri, beyin və ağciyər şişlərinə qarşı təsirini öyrənirlər.

“Ümid edilir ki, xərçəngə qarşı peyvəndlər kimyaterapiya və ya cərrahi müdaxilə kimi daha invaziv müalicə metodlarına ehtiyacı azaldacaq nöqtəyə qədər irəliləyəcək”, - materialda deyilib.

Jurnalistlər qeyd ediblər ki, vaksin yaratmaq üçün alimlərə şiş nümunələri lazımdır. Bundan sonra mütəxəssislər onun genomunu ardıcıllıqla sıralayır və genetik mutasiyaların bütün variantlarını axtarırlar. (Report)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun