Yandex watch
Böyrəklərinizin pozulmağa başladığını göstərən

Böyrəklər orqanizmin sağlamlığında vacib rol oynayır və onların funksiyası pozulduqda bədən müəyyən siqnallar verir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, böyrək problemlərinin erkən aşkarlanması ciddi fəsadların qarşısını almağa kömək edə bilər.

1. Sidikdə dəyişikliklər

Böyrək funksiyasının pozulması sidik ifrazında bir sıra dəyişikliklərə səbəb ola bilər. Xüsusilə gecə tez-tez sidiyə çıxmaq, sidiyin tünd rəngli, köpüklü və ya qanlı olması, ifrazın azalması və ya artması, həmçinin sidik zamanı ağrı və çətinlik böyrək problemlərinin əlaməti ola bilər.

2. Quru və qaşınan dəri

Böyrəklər qandan toksinləri və artıq mineralları süzə bilmədikdə, bu, dərinin həddindən artıq qurumasına, davamlı qaşınmaya və qıcıqlanmaya səbəb ola bilər.

3. Bədəndə şişkinlik

Böyrəklər artıq mayeni düzgün süzə bilmədikdə, suyun orqanizmdə toplanması nəticəsində ayaqlarda, topuqlarda, əllərdə və üz nahiyəsində şişkinlik əmələ gələ bilər.

4. Dad və iştah dəyişiklikləri

Qanda toksinlərin toplanması ağızda metal dadının yaranmasına, iştahsızlığa və arıqlamaya səbəb ola bilər. Xüsusilə səhərlər ürəkbulanma və qusma hissi müşahidə oluna bilər.

5. Yuxusuzluq

Böyrəklər tullantıları lazımi şəkildə süzə bilmədikdə, bədəndə toksinlər toplanır və bu, yuxuya getməyə mane ola bilər. Bundan əlavə, böyrək xəstəlikləri narahat ayaqlar sindromu və yuxu apnesi ilə əlaqələndirilir.

6. Nəfəs darlığı

Böyrək funksiyası pozulduqda ağciyərlərdə maye yığılması və ya anemiya səbəbindən oksigen səviyyəsinin azalması nəfəs almaqda çətinlik yarada bilər.

7. Daimi yorğunluq

Böyrəklər qırmızı qan hüceyrələrinin yaranmasını stimullaşdıran eritropoietin (EPO) hormonunu ifraz edir. Böyrək funksiyası zəiflədikdə bu hormonun istehsalı azalır və nəticədə anemiya, yorğunluq, zəiflik və başgicəllənmə baş verə bilər.

Bu əlamətləri müşahidə etdikdə, vaxtında həkimə müraciət edərək böyrək sağlamlığınızı yoxlatmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az