Tibbi xəbərlər
Böyrək sağlamlığınız risk altındadır?
Tibbi xəbərlər

Böyrək sağlamlığınız risk altındadır? Sidik rəngi ilə yoxlayın

Böyrəklər bədəndə su balansını tənzimləyən, toksinləri xaric edən və həyati funksiyaları dəstəkləyən orqanlardır. Kifayət qədər su içməmək böyrək funksiyalarını poza və ciddi sağlamlıq problemlərinə yol aça bilər.

E-saglam.az xəbər verir ki, bədənin su ehtiyacını düzgün qarşılamaq üçün sidiyin rənginə diqqət yetirmək vacibdir. Açıq sarı rəng normal hidrasiyanı göstərir, tünd sarı isə maye çatışmazlığının əlaməti ola bilər. Narıncı və ya qırmızı rəng sağlamlıq problemlərinə işarə edə bilər və həkimə müraciət etməyi tələb edir.

Yetərli su istehlakı böyrək daşlarının qarşısını almağa və sidik yolları infeksiyalarının riskini azaltmağa kömək edir. Susuzluq isə böyrək çatışmazlığına, iltihaba və digər ciddi problemlərə səbəb ola bilər.

Hər kəsin su ehtiyacı fərqlidir və hava şəraiti, fiziki aktivlik və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. Sağlam böyrəklər üçün su istehlakını balanslı saxlamaq və bədəninizin siqnallarına diqqət yetirmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun