Uroloq Dmitri Doronçuk bildirib ki, düzgün qidalanma sidik sistemi xəstəliklərinin qarşısının alınmasında və müalicəsində mühüm rol oynayır.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bəzi qidalar böyrək və sidik yollarının fəaliyyətini dəstəkləyir, digərləri isə əksinə, onlara zərər verə bilər.
Böyrəklər üçün faydalı qidalar:
Maye və su: Qarpız, ananas, alma və təmiz su sidik yollarını təmizləyir, toksinləri azaldır.
Vitamin A və B6 mənbələri: Qaragilə, zoğal, çiyələk, zəncəfil, qırmızı üzüm, qoz-fındıq – sidik daşı xəstəliyinə qarşı təsirlidir.
Tərəvəz və taxıllar: Gül kələm, şalgam, balqabaq, qarabaşaq, kəpək – sidikqovucu və lif baxımından zəngindir.
Zülal mənbələri: Somon, toyuq, göbələk və az yağlı süd məhsulları.
Sağlam yağlar: Zeytun yağı və Omeqa-3 ilə zəngin avokado, qoz, dəniz balıqları.
Zərərli vərdişlər və məhsullar:
Duzlu, yağlı, qızardılmış, qazlı içkilər və hisə verilmiş məhsullar böyrəklərə zərərlidir. Siqaret, spirt və dərmanların nəzarətsiz istifadəsi də böyrək funksiyasını zəiflədir.
Sistit və sidik yolu infeksiyaları üçün pəhriz:
Gündə 1,5–2 litr maye (təmiz su, zoğal və itburnu dəmləməsi).
Yüngül yeməklər: tərəvəz şorbaları, qaynadılmış ət və balıq, az duzlu rasion.
Fitoterapiya: Ayıgiləsi, qarğıdalı saçağı, lingonberry yarpağı kimi sidikqovucu otlar.
Qadın və kişilər üçün xüsusi tövsiyələr:
Qadınlar üçün: A, E, B vitaminləri, fol turşusu və Omeqa-3 hormon balansını qoruyur və reproduktiv sağlamlığa müsbət təsir göstərir.
Kişilər üçün: Sink və maqneziumla zəngin istiridyə, balqabaq toxumu; testosteron üçün faydalı giləmeyvə, alma, üzüm, arı məhsulları və dərman bitkiləri (fenugreek, passionflower).
Tərcümə: Könül Oruc