Yandex watch
Böyrək daşları xərçəngə səbəb ola bilərmi? -

Böyrək daşları hər il milyonlarla insana təsir edir. Onlar qarın ağrısı, ürəkbulanma, sidiyə çıxmada çətinlik və sidikdə qana səbəb ola bilər. Uzun müddət müalicə olunmayan böyrək daşları sidik yollarında qıcıqlanma yaradır və bu da xərçəng riskini artırır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, xərçəng riskini artıran faktorlar arasında uzun müddət qalan daşlar, təkrarlanan infeksiyalar və ailədə böyrək xərçəngi tarixi yer alır. Həmçinin, hipertoniya, piylənmə və ya xroniki böyrək xəstəlikləri risk faktorları sırasındadır.

Bu problemlərin qarşısını almaq üçün bol su içmək çox vacibdir. Gündə ən azı 8-10 stəkan su içmək tövsiyə edilir. Pəhrizdə duz, şəkərli içkilər və oksalatla zəngin qidalardan uzaq durmaq lazımdır. Portağal, limon və banan kimi qidaları pəhrizə əlavə etmək faydalı ola bilər.

Bel və ya yan nahiyədə ağrılar, sidikdə qan və ya tez-tez sidiyə çıxma kimi simptomlarla qarşılaşdığınız halda dərhal həkimə müraciət edin. Erkən diaqnoz və müalicə uzunmüddətli zərərin qarşısını ala bilər. Sağlamlığınız üçün diqqətli olun və simptomları gözardı etməyin.

Tərcümə: Könül Oruc

E-saglam.az