Yandex watch
Böyrək daşları səssizcə irəliləyə bilər -

Böyrək daşları bəzən heç bir əlamət göstərmədən irəliləyərək ciddi fəsadlara, o cümlədən böyrək itkisinə səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Urologiya Mütəxəssisi Dr. Mustafa Eren bu səbəbdən vaxtaşırı müayinələrin və həkim tövsiyələrinin vacib olduğunu vurğulayır.

Dr. Eren bildirir ki, böyrək və sidik yollarındakı daşlar çox zaman ağrı, qanlı sidik və infeksiya ilə özünü büruzə verir. Diaqnoz üçün əsasən qan və sidik analizləri, ultrasəs və tomoqrafiyadan istifadə olunur. Müalicə isə daşın ölçüsünə və yerinə görə dəyişir – endoskopik üsullar, daşın xaricdən qırılması və ya açıq əməliyyat tətbiq oluna bilər.

Ən təhlükəli vəziyyət isə daşların heç bir simptom yaratmadan böyrəyi zədələməsidir. Bəzi xəstələrdə bu hal yalnız böyrək itkisi baş verdikdə aşkarlanır. Dr. Eren qeyd edir ki, “Şikayət olmaması müalicəyə ehtiyac olmadığını göstərmir. Daşın ölçüsü və yeri müalicə qərarını müəyyən edir”.

O, həmçinin əlavə edir ki, bu sahədə müasir tibbi avadanlıq və müalicə imkanları mövcuddur və vaxtında müdaxilə böyrək funksiyalarını qorumaq baxımından həyati əhəmiyyət daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az