Xəstəliklər
Boynundakı şişdən sonra həyatı alt-üst oldu:
Xəstəliklər

Boynundakı şişdən sonra həyatı alt-üst oldu: "Xahiş edirəm, etdiyim bu səhvi siz etməyin"

E-saglam.az xəbər verir ki, o, bu ağır, lakin ağrısız kütləni əvvəlcə ciddi qəbul etmədi. Gördüyü simptomu Google-da axtardıqdan sonra bunun şişmiş limfa düyünləri və ya tüpürcək vəzi ola biləcəyini öyrəndi. Lenfoma ehtimalı çox aşağı idi və heç bir əlavə əlaməti olmadığı üçün panikaya düşmədi.

Ancaq həftələr keçsə də, şişlik getmədi. Bu dövrdə boğaz ağrısı, yorğunluq və arabir yüngül qızdırma kimi əlamətlər yaşamağa başlayıb. O, bu vəziyyəti gərgin iş tempi və yeni mühiti ilə əlaqələndirib. Lakin həkimə müraciət edəndə tonzillitə şübhə yaranıb və antibiotik müalicəsi başlayıb.

Antibiotiklər təsir etmədikdən sonra əlavə müayinələr aparıldı və ona 2-ci mərhələ qeyri-Hodgkin lenfoması diaqnozu qoyuldu.

Kimyaterapiya ilə mübarizə aparan Joshua erkən diaqnozun əhəmiyyətini vurğulayır. O, “Xahiş edirəm, mənim etdiyim səhvi etməyin” deyərək, insanları simptomları vaxtında yoxlatmağa çağırır.

Mütəxəssislər gənclər arasında xərçəngin artdığını bildirir və erkən diaqnozun vacib olduğunu qeyd edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun