Xəstəliklər
Birləşmiş Ştatlarda təhlükəli epidemiya
Xəstəliklər

Birləşmiş Ştatlarda təhlükəli epidemiya aşkarlanıb

ABŞ-də artıq 12 ştatı əhatə edən və iki nəfərin həyatına son qoyan listerioz epidemiyası elan edilib.

E-saglam.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Ölənlərin İllinoys və Nyu Cersi ştatlarında yaşadığı qeyd edilir.

Daha 28 nəfər xəstəxanaya yerləşdirilib. Xəstələrin əksəriyyəti Merilend və Nyu Yorkda müəyyən olunub.

Onların ərzaq mağazalarından alınmış hazır ət və kolbasa məhsullarından zəhərləndiyi bildirilir.

Yoluxucu xəstəlik hamilə qadınlar, 65 yaşdan yuxarı və immuniteti zəif olan insanlar üçün ölümcül ola bilər.

Bundan əvvəl, iyulun 17-də Kanada hökuməti listerioz xəstəliyinin yayılması barədə məlumat vermişdi. İnfeksiyanın iki nəfərin ölümünə səbəb olduğu, daha 9 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun