Qidalanma
Bir neçə ölkənin bəzi əyalətlərindən quş ətinin idxalına məhdudiyyət qoyulub
Qidalanma

Bir neçə ölkənin bəzi əyalətlərindən quş ətinin idxalına məhdudiyyət qoyulub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan E-saglam.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Cənubi Afrika Respublikasının Şimali Keyp, Şərqi Keyp, Kvazulu-Natal, Limpopo əyalətlərində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Nijeqorod vilayətində Nyukasl xəstəliyi, Rumıniya Respublikasının Curcu inzibati ərazi vahidində keçilərin artrit-ensefalit xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rumıniya Respublikasının Curcu inzibati ərazi vahidindən bütün növ diri xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, Cənubi Afrika Respublikasının Şimali Keyp, Şərqi Keyp, Kvazulu-Natal, Limpopo əyalətlərindən və Rusiya Federasiyasının Nijeqorod vilayətindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasından, Cənubi Afrika və Rumıniya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun