Qidalanma
Bir gün yemək yeməsək nə baş verəcək?
Qidalanma

Bir gün yemək yeməsək nə baş verəcək?

Günümüzdə sutka boyu yeməklə üzləşməmək demək olar ki, mümkün deyil. O bizi hər yerdə izləyir: soyuducudan baxır, dükandan çağırır, həmkarımızın masasından göz vurur. O özünü bütövlüklə bizə təqdim edir. Ona görə də biz nadir hallarda gün ərzində ac qalırıq.

Bəs bir gün yemək yeməsən nə baş verəcək?

Xoşbəxtlikdən alimlər artıq bu suala cavab tapıb.

Təəcüblü olsa da, qida yalnız sevinc və qarnın böyüməsinin mənbəsi deyil. O, həmçinin enerji mənbəyidir. Maastrixt Universitetinin üç alimi bu istiqamətdə araşdırma aparıb. Nəticələr “The American Journal of Clinical Nutrition” jurnalında dərc edilib.

Başlayaq. Deməli sən qida qəbul etdin. Yeddi saatdan sonra orqanizm anlayır ki, qida ilə qəbul etdiyi bütün enerjini (qlükozanı) artıq sərf edib.

Orqanizm bir müddət sənin nə isə yeyəcəyini səbrlə gözləyir. Lakin bir müddət sonra (təxminən 1 saat) səndən məyus olur və başa düşür ki, qida tapmaqda sənə bel bağlamaq olmaz. Burada orqanizm qlükoneogenez mərhələsinə keçir.

Qlükoneogenez – qeyrikarbohidrat birləçmələrdən qlükozanın yaranmasının metabolik üsuludur. Başqa sözlə, yemək tapmadıqda orqanizm sürətlə sahibinin yağlarını əritməyə başlayır.

Lakin mütəxəssislər xəbərdarlıq edir: 24 saatdan çox ac qalmaq orqanizmə zərərlidir. Metabolizm aşağı düşür, yağların yanması yavaşlaşır, kolbasa isə ən ümdə arzuya çevrilir. Bundan əlavə orqanizm qlükozanı əzələ kütləsindən almaqğa başlayır. Nəticədə əzələ yox olmağa başlayır.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun