Prezident İlham Əliyev "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
E-saglam.az xəbər verir ki, dəyişikliklə istehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri və dərman maddələri 2025-ci il iyunun 1-dən beş il müddətinə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma güzəştinin tətbiqi məqsədilə yerli mal hesab ediləcək.