Faydalı
Bəzən yumruq zərbəsi insanın həyatını xilas edir. Prekardial zərbə nədir?
Faydalı

Bəzən yumruq zərbəsi insanın həyatını xilas edir. Prekardial zərbə nədir?

Sinə nahiyəsinə vurulan yumruq zərbəsi bəzən insanı ölümdən xilas edə bilər. Tibdə buna “prekardial zərbə” deyilir.

E-saglam.az bildirir ki, prekardial zərbə ürəyin dayanması zamanı təcili yardım məqsədi ilə istifadə olunur. Bu təcili ürək-agciyər reanimasiyanın bir hissəsidir və elektrik defibrillyator olmadığı halda tətbiq olunur.

Zərbə insan huşunu itirəndə, puls və nəfəsalma dayananda istifadə olunur. Lakin prekardial zərbənin texnikasını dəqiq bilmək lazımdır (bu xüsusi kurslarda öyrədilir). Əks halda bu heç bir effekt verməyəcək. Həmçinin zərərçəkmişin ürəyi döyünürsə belə zərbə onu öldürə bilər.

Zərərçəkmiş düz bərk səthdə uzanmalıdır. Reanimator şəhadət və orta barmağını zərərçəkmişin döş sümüyünün aşağısına qoyur və barmaqlardan yuxarıda olan hissəyə yumruqla tez və güclü zərbə endirir (bax şək.). Bundan sonra yuxu arteriyasında nəbz əmələ gəlməlidir.

Mütəxəssislər təcili reanimasiya zamanı prekardial zərbəni çox effektli hesab edir. Bəzi məlumatlara görə, prekardial zərbə 50-70% hallarda insanın həyatını xilas edə bilər.

Çəkisi 15 kq çatmamış 8 yaşına kimi uşaqlara bu müdaxilə tətbiq edilmir./saglamolun.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun