D vitamini immunitet funksiyası, sümük sağlamlığı və əhval-ruhiyyənin tənzimlənməsi üçün vacibdir.
E-saglam.az-ın verdiyi məlumata görə, onun çatışmazlığı yorğunluq, əhval dəyişikliyi, sümük ağrıları, saç tökülməsi və tez-tez infeksiyalar kimi problemlərə səbəb ola bilər.
Yorğunluq və sümük ağrıları
D vitamini çatışmazlığı davamlı yorğunluğa və əzələ zəifliyinə səbəb ola bilər. Sümüklərdə və oynaqlarda ağrılar, hətta qırıqlar kimi problemlər də bu çatışmazlığın nəticəsidir.
Saç tökülməsi və immunitet problemləri
D vitamini çatışmazlığı saçların incəlməsinə və tökülməsinə səbəb ola bilər. Bundan əlavə, bu vitamin immunitet sistemini dəstəkləyir, onun çatışmazlığı tez-tez infeksiyalara yol açır.
Beyin dumanı və yaraların gec sağalması
Diqqəti toplamaqda çətinlik və "beyin dumanı" adlanan zehni yorğunluq da D vitamini çatışmazlığı ilə əlaqələndirilir. Aşağı səviyyədə D vitamini yaraların gec sağalmasına da təsir edir.
D vitaminini necə artırmaq olar?
- Günəş işığından faydalanın.
- Yağlı balıq, yumurta sarısı və süddən istifadə edin.
- Doktor məsləhəti ilə əlavələr qəbul edin.
Balanslı pəhriz, nizamlı məşq və yaxşı yuxu D vitamini səviyyənizi artırmağa və sağlamlığınızı qorumağa kömək edəcəkdir.
Tərcümə: Könül Oruc