Tibbi xəbərlər
Beyninə çip yerləşdirilən ilk insan tamamilə
Tibbi xəbərlər
468

Beyninə çip yerləşdirilən ilk insan tamamilə sağalıb

Beyninə “Neuralink” şirkətinin çipi yerləşdirilən ilk pasiyent tamamilə sağalıb.

E-saglam.az xəbər verir ki, xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı amerikalı sahibkar və şirkətin sahibi İlon Mask açıqlayıb. 

“Pasiyent, demək olar ki, tamamilə sağalıb. O, kompüterin mausunun kursorunu sadəcə bu barədə düşünərək idarə edə bilir. Hazırda düşüncənin gücü ilə düymələrə daha çox basmaq istiqamətində çalışırıq”, - deyə Mask qeyd edib.

Onun sözlərinə görə, proses uğurla irəliləyir.

Xatırladaq ki, “Neuralink” şirkəti tərəfindən yanvarın 28-i ilk dəfə insan beyninə kompüter çipi yerləşdirilib. Çipə “Telepathy” adı verilib. Çipin yerləşdirildiyi xəstə hərəkət qabiliyyəti olmayan bir şəxsdir.

Tərcümə: Qafqazinfo

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun