Tibbi xəbərlər
Beynin gəncliyini necə uzatmaq olar? -
Tibbi xəbərlər
356

Beynin gəncliyini necə uzatmaq olar? - Neyroloq 3 qayda açıqladı

İnsan beyni inanılmaz dərəcədə maraqlı və mürəkkəbdir. Onu öyrətmək, sinir əlaqələri dəyişdirmək və hətta cavanlaşdırmaq olar.

E-saglam.az xəbər verir ki, neyroloq Emili MacDonald bu orqanın gəncliyini uzatmaq üçün sosial mediada üç vərdişi vurğuladı.

"Yuxudan oyandıqdan sonra telefonunuzu təxminən 20-30 dəqiqə kənara qoyun. İş ondadır ki, səhər şüuraltımız daha proqramlaşdırıla bilən, həssas vəziyyətdədir.

Əvvəla, yatdıqdan sonra telefonu əlinizə aldığınız zaman dopamin səviyyəniz azalır. Bu, sizi gün boyu smartfonunuz haqqında düşünməyə məcbur edir", – neyrobioloq deyir.

Əhval-ruhiyyə yaratmağın ən yaxşı yolu gəzinti və təsdiqlər ola bilər. Eyni qayda gecə də tətbiq olunur. Emili yatmazdan bir saat əvvəl televizoru, noutbuku və mobil cihazı söndürməyi tövsiyə edir.

Növbəti vərdiş pəhrizinizə nəzarət etmək və işlənmiş qidalardan uzaq olmaqdır. Onlar yalnız bədənimizdəki metabolik prosesləri ağırlaşdırmır, həm də yaddaşın pozulmasına kömək edir. Emili beynimiz üçün tam qidalar, sağlam yağlar və tərəvəz yeməyin vacibliyini vurğuladı.

Neyrobioloq meditasiyanın faydalarını da qeyd edib. Sakit bir mühitdə bir az daxili söhbət hər kəs üçün faydalı olacaq. Bunu səhər, dərsdən və ya işdən əvvəl etmək yaxşıdır.

McDonald izah etdi: "Bu fəaliyyət hipokampusda öyrənmə və yaddaşımızı idarə edən yeni beyin hüceyrələrinin istehsalını artırır. Yəni beynimiz cavan qalır".

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun