Yandex watch
Beyin qocalması bu yaşa çatdıqdan sonra

Araşdırmalara görə, beyin 44 yaşından sonra daha sürətlə qocalmağa başlayır və bu proses 67 yaşında zirvəyə çatır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Stony Brook Universitetinin alimləri 18-90 yaş arasında 19,300 nəfərin beyin görüntülərini araşdıraraq yaşlanmanın insulin müqaviməti ilə bağlı ola biləcəyini müəyyən ediblər.

İnsulin müqaviməti qan şəkərinin hüceyrələrə daşınmasını çətinləşdirir. 40 yaşlarında yüksək qan şəkəri olan insanların beyinlərinin daha tez qocaldığı müşahidə edilib. Alimlər bunun neyronların qlükoza çatışmazlığı yaşaması ilə əlaqəli olduğunu düşünürlər.

Ketogenik əlavələrin beyin yaşlanmasını yavaşlada biləcəyi ehtimal edilir. Araşdırmada 101 nəfər bir gecə ac qaldıqdan sonra ya keton, ya da şəkər tərkibli içki qəbul edib. fMRI nəticələrinə görə, keton içkisi 40-59 yaş aralığında beyin fəaliyyətini 80% yaxşılaşdırıb. 60 yaşdan sonra isə təsiri zəifləyib.

Bu tapıntılar ketogenik əlavələrin beyin qocalmasını ləngidə biləcəyini göstərir, lakin onların uzunmüddətli təsirlərini anlamaq üçün əlavə araşdırmalara ehtiyac var.

Tərcümə: Könül Oruc

E-saglam.az