Tibbi xəbərlər
Beyin günün üçdə ikisini "avtopilot" rejimində işləyir -
Tibbi xəbərlər
112

Beyin günün üçdə ikisini "avtopilot" rejimində işləyir - Tədqiqat

Dişlərimizi fırçalamaqdan işə getməyə qədər gündəlik fəaliyyətlərin əksəriyyəti şüurlu seçimlə deyil, avtomatik vərdişlərlə idarə olunur.

E-saglam.az xəbər verir ki, bu, Surrey, Cənubi Karolina Universitetləri və Mərkəzi Kvinslend Universitetinin alimlərinin gəldiyi nəticədir.

Bir araşdırma, gündəlik hərəkətlərin təxminən 65%-nin "avtopilot" rejimində işə salındığını müəyyən etdi. Alimlər Böyük Britaniya və Avstraliyada 105 iştirakçını izləyərək, onlara gün ərzində təsadüfi sorğular göndərdilər. Məlum oldu ki, insanlar tez-tez "avtopilot" rejimində hərəkət edərək, tanış vəziyyətlərə şüuraltı reaksiya verirlər.

Maraqlıdır ki, idman istisna idi: tez-tez planlaşdırılsa da, onun icrası digər gündəlik fəaliyyətlərə nisbətən avtomatik olma ehtimalı daha az idi. Bu, aktivliyi qorumaq üçün daha şüurlu səy tələb oluna biləcəyini göstərir.

Tədqiqatın həmmüəllifi Dr. Qreys Vinsent bildirib ki, əgər sağlam bir vərdiş formalaşdırsaq, daxili "avtopilotumuz" onu qoruyub saxlamağımıza kömək edəcək.

Elmi məqalə "Psychology & Health" jurnalındadərc olunub.  

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun