Xəstəliklər
Belə ağrılar D vitamininin çatışmadığından xəbər verir
Xəstəliklər

Belə ağrılar D vitamininin çatışmadığından xəbər verir

Həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya-1" telekanalının efirində D vitamini defisitinin ən çox rast gəlinən simptomundan danışıb.

Onun sözlərinə görə, söhbət izaholunmayan əzələ-skelet ağrılarından gedir.

E-saglam.az xəbər verir ki, "tibbi qanunlara görə, hər yanı ağrıyan, ancaq aydın seçilən yırtıq, fibromialgiya, polimialgiya əlamətləri olmayan şəxs mütləq D vitamininin səviyyəsinə görə yoxlanışdan keçməlidir", - Myasnikov deyib.

Həkim qeyd edib ki, D vitamininin orqanizmdə hasil olması üçün xüsusi olaraq gündə qaralmağa ehtiyac yoxdur.

"Əslində D vitamini praktiki olaraq Günəşsiz, sadəcə açıq havada əmələ gəlir", - həkim deyib.

Myasnikov dəqiqləşdirib ki, bunun üçün yarım saat açıq havada olmaq kifayət edir, qışda isə bu müddəti artırmaq lazımdır. Günəş şüaları altında D vitamini, həkimin sözlərinə görə, 5-10 dəqiqə arasında əmələ gəlir.

Həkim D vitamini mənbələri kimi dəniz məhsullarını, yumurta və südü istemal etməyi məsləhət görür. O, həmçinin qeyd edir ki, bu vitamininin çatışmazlığı onkoloji və ürək xəstəliklərinin yaranmaslna səbəb ola bilər. (sputnik.az)

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun