Tibbi xəbərlər
Bel ağrısı şikayəti ilə həkimə getdi,
Tibbi xəbərlər

Bel ağrısı şikayəti ilə həkimə getdi, ürəyindəki 4 damarın tıxandığı məlum oldu

Ankarada yaşayan 64 yaşlı Ramazan Elaslan bel ağrısı səbəbilə Ailə Sağlamlığı Mərkəzinə müraciət edib. Aparılan analizlərdə onun xolesterin səviyyəsinin yüksək olduğu müəyyən edilib və daha ətraflı müayinə üçün Sincan Təhsil və Araşdırma Xəstəxanasına yönləndirilib. Burada aparılan yoxlamalar nəticəsində Elaslanın ürəyində dörd damarın tıxandığı aşkarlanıb və dərhal bypass əməliyyatına qərar verilib.

E-saglam.az xəbər verir ki, Sincan Təhsil və Araşdırma Xəstəxanası Ürək-Damar Cərrahiyyəsi Klinikasının Təhsil Müdiri Prof. Dr. Ahmet Bülent Sarıtaşın rəhbərliyi ilə həyata keçirilən əməliyyat uğurla tamamlanıb. Aortada irəliləmiş kalsifikasiya səbəbindən prosedurun çətin keçdiyini bildirən həkim, buna baxmayaraq əməliyyatın müvəffəqiyyətlə başa çatdığını və xəstənin sağlamlığına qovuşduğunu qeyd edib.

Ramazan Elaslan əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib və müalicə prosesində iştirak edən tibb personalına təşəkkür edib: "Əvvəlcə sadəcə bel ağrısı şikayəti ilə həkimə getmişdim. Qan analizlərindən sonra xəstəxanaya yönləndirildim və əməliyyat olundum. Bu gün artıq səhər yeməyimi yemişəm".

Ürək-damar xəstəliklərinin artdığını vurğulayan Prof. Dr. Sarıtaş, qeyri-sağlam qidalanma, stress, yüksək qan təzyiqi və şəkər xəstəliyinin bu problemlərə yol açdığını qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il dünyada 18 milyona yaxın insanın ürək-damar xəstəliklərindən həyatını itirdiyini bildirən həkim, sağlam qidalanma və müntəzəm fiziki fəaliyyətin bu riskləri azaltmaqda vacib rol oynadığını vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun