Tibbi xəbərlər
Bel ağrılarına
Tibbi xəbərlər
266

Bel ağrılarına ucuz çarə tapıldı

Norveç və Danimarka alimlərinin apardıqları araşdırmaya əsasən, gündə 100 dəqiqə yerimək beldə xroniki ağrının əmələ gəlmə riskini təxminən 25 faiz azaldır.

E-saglam.az bu barədə "CNN" telekanalına istinadla xəbər verir.

"Bu mühüm kəşfdir, çünki yerimək sadə, ucuz və əlçatan bir fəaliyyətdir və bel ağrısının şiddətini azaltmaq üçün geniş şəkildə təbliğ edilə bilər", - deyə araşdırmanın aparıcı müəllifi Rayan Haddak bildirib.

Yerimə ilə bel ağrısının profilaktikası arasındakı əlaqəni öyrənmək üçün tədqiqat qrupu 20 və daha yuxarı yaşda olan 11 mindən çox iştirakçının məlumatlarını təhlil ediblər.

Lent.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun