Yandex watch
Bədənində 5 böyrəklə yaşayır -

Xəstəliyi səbəbindən iki orqan nəqli edilən və bir müddət sonra bu orqanlar işləməyə başlayan 30 yaşlı Rabia Çınarkaya üçüncü dəfə böyrək köçürülüb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Mersinin Tarsus rayonunda yaşayan 30 yaşlı Rabia Çınarkaya 13 yaşında baş ağrısı və qusma şikayətləri ilə xəstəxanaya müraciət edib.

Nefrotik sindrom diaqnozu qoyulan və 5 il peritoneal dializ müalicəsi alan Çınarkaya 2011-ci ildə Adana Seyhan Başkent Xəstəxanasında bağışlanan meyitdən böyrək nəqli edilib.

2017-ci ildə xəstəliyi təkrarlanan Çınarkaya Mersin Universiteti Tibb Fakültəsi Araşdırma və Təhsil Xəstəxanasında bibisi Telli Fidanoğlundan alınan böyrək köçürülüb.

Keçən il hamiləliyi zamanı böyrəklərində problem yaşayan Çınarkaya Qaziantep Universiteti Kahraman Eruslu Böyrək Nəqli Xəstəxanasında bacısı Başak Fidanoğlundan böyrək köçürülüb.

18 günlük müalicədən sonra Çınarkaya bədənindəki beşinci böyrəyi ilə sağlamlığına qovuşduğu üçün xoşbəxtdir.

Üçüncü böyrək qarın nahiyəsinə yerləşdirilib

Gaziantep Universiteti Tibb Fakültəsi Nefrologiya kafedrasının müəllimi Prof. Dr. Özlem Usalan xəstəyə nəql edilən iki böyrəyin funksiyası pozulduğunda, üçüncü nəqli qarın nahiyəsinə etdiklərini açıqladı.

Transplantasiya edilən böyrəklərin orta ömrünün 5-10 il olduğunu bildirən Usalan sözlərini belə davam etdirdi:

"Hər transplantasiya əvvəlkilərdən daha risklidir. Riskli olduğu üçün bunu çox az mərkəzlər edir. Üçüncü orqan transplantasiyasını edə bilmək də xəstə üçün çətindir. Çünki bundan əvvəl yüksək dozada antikor almaq üçün əlavə müalicələrə başlamalıyıq. Nəticə çox uğurludur. Nə qədər ki, donor var".

Digər böyrəklər bədəndən çıxarılmır

Usalan üçüncü transplantasiya zamanı funksiyasını itirən böyrəklərin bədəndə qaldığını, digər böyrəklərin isə bədənə zərər verdiyi halda çıxarıldığını, əks halda çıxarılmadığını açıqlayıb.

Usalan bir həftə ərzində 8 transplantasiya etdiklərini və onlardan birinin Rabia Çınarkaya olduğunu ifadə edərək, bunları deyib:

"İndi 5-ci böyrəyini köçürdük və xəstəmizin bədənində 5 böyrəyi var. Digər böyrəkləri götürmürük. Düşünürlər ki, digər böyrəkləri bədəndən çıxarıb yeniləri ilə əvəz edirik, amma belə deyil. Digər böyrəklər işləmir, ona görə də xəstəmizə transplantasiya lazım idi”.

İnsanların bədənində 5 böyrək olduğunu eşidəndə təəccübləndiyini bildirən Çınarkaya bunları qeyd edib:

"5 böyrəklə yaşamaq insanlara çox fərqli görünür, amma hər dəfə yeni bir həyat tapırsan və özünü çox xoşbəxt hiss edirsən, çünki yeni gözəlliklər yaşayırsan. Çox xoşbəxtəm. Yenidən doğulduğumu hiss edirəm. Transplantasiya çox vacibdir, qorxmadan orqanlarınızı bağışlayın. Bu, biz xəstələr üçün çox vacibdir. Hər bir insan yeni həyata layiqdir. Mənə həyat bəxş etdiyinə görə bir daha bacıma təşəkkür edirəm".

Tərcümə: Könül Oruc

E-saglam.az