Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərara dəyişiklik edib.
E-saglam.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. Bundan öncə COVİD pasportu olmadan 50 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilirdi.
Qərar sentyabrın 1-dən qüvvəyə minəcək.