Xəstəliklər
Baş gicəllənməsi nədən xəbər verir?
Xəstəliklər
325

Baş gicəllənməsi nədən xəbər verir?

Baş gicəllənməsi nədən xəbər verir?

Yaşlı insanlarda tez-tez başgicəllənmə ateroskleroz və hipertoniyanın inkişafını göstərir. Lakin gənclərdə bu əlamət digər xəstəliklərin xəbərçisi ola bilər.

E-saglam.az xəbər verir ki, bu sözləri "Подмосковье сегодня" onlayn nəşri ilə söhbətində baş həkim Mariya Belyaeva deyib.

Onun sözlərinə görə, tez-tez başgicəllənməsi qanda şəkər səviyyəsinin aşağı olmasının - hipoqlikemiyanın göstəricisidir.

"Bu simptom həm də anemiya və susuzluğu göstərə bilər. Bəzən dərmanlar da baş gicəllənməsinə səbəb ola bilər. Həmçinin başgicəllənmə qan təzyiqinin dəyişməsi, yuxusuzluq, narahatlıq və ya uzun müddət davam edən stress səbəbindən yaranır. Ürək-damar, sinir və endokrin sistem xəstəliklərindən əziyyət çəkənlər diqqətli olmalıdırlar.

Başgicəllənmənin nevroloji simptomlarla birləşməsi xüsusilə təhlükəlidir: danışmaq çətinliyi, üzün və ətrafların uyuşması. Bu, yaxınlaşan insultun əlaməti ola bilər", - Belyaeva bildirib. //Publika.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun