Tibbi xəbərlər
Barmaqlar əsasında keçəlləşməni necə təyin etmək olar? -
Tibbi xəbərlər
215

Barmaqlar əsasında keçəlləşməni necə təyin etmək olar? - ABŞ-li həkimdən AÇIQLAMA

ABŞ-li təcili yardım həkimi Co Uittinqton 2D-4D kimi tanınan ikinci (şəhadət barmağı) və dördüncü (adsız barmaq) barmaqların uzunluqlarının nisbətinə əsasən androgenetik alopesiya - keçəlləşmə riskini proqnozlaşdırmağın mümkün olduğunu deyib.

E-saglam.az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri yazıb.

Çində elm adamları tərəfindən aparılan bir araşdırma göstərib ki, şəhadət barmağı ilə müqayisədə adsız barmağı daha uzun olan kişilərdə keçəlləşmə riski yüksəkdir. Bu saç tökülməsi, saç follikullarının androgenlərə - steroid kişi hormonlarına artan həssaslığının nəticəsidir. Adətən bu halda kişilər başın orta və ön hissəsində saçlarını itirirlər.

Tədqiqatda 18-24 yaşlarında 240 könüllü iştirak edib. Məlum olub ki, 2D-4D nisbəti ən aşağı olanların saç tökülməsi ehtimalı altı dəfə çoxdur.

Bu bədən əlaməti testosteronun ana bətnində saçın inkişafına artan təsiri ilə əlaqələndirilir. Zaman keçdikcə, hormonal təsirləri səbəbindən saç follikulları daha həssas olur və "qurumağa" başlayır, bu da keçəlləşməyə gətirib çıxarır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun