Qidalanma
Bananın insan bədəninə 17 əsas FAYDASI
Qidalanma
224

Bananın insan bədəninə 17 əsas FAYDASI

Bananın insan bədəninə bir çox faydaları var.

E-saglam.az həmin faydaları təqdim edir: 

1. Banan insan orqanizmində depressiyaya qarşı mübarizə aparan ən faydalı meyvədir.
2. Banan yeganə meyvədir ki, hətta yeniyetmələrdə də allergiya reaksiyası vermir.
3. Banan insan orqanizimində kalsium vitamini yaradır. Bu meyvə sidiklə xaric olunmur, orqanizimdə qalır və sümüklərin möhkəmlənməsinə kömək edir. Xüsusilə də bu qəhvə sevənlər üçün faydalıdır. Ona görə ki, qəhvənin yuyub apardığı vitaminlərin qarşısını banan alır.
4. Banan mədədə tez həll olunduğu üçün yediyimiz qidaların tez həzim olunmasına kömək edir.
5. Qəbizikdən əziyyət çəkən insanlar üçün banandan istifadə etmək çox xeyirlidir.
6. Mədədə qıcqırma baş verərsə, bananın müalicəvi əhəmiyyəti köməyinizə çatacaq.
7. Banan mədə xorası xəstəliyi olan insanlara daha çox xeyirlidir. Yemək yediyiniz zaman mədə divarlarını qidada olan turşuluqlar, ziyanlı maddələrdən qoruyur. Bu zaman mədədə gedən prosesləri asanlaşdırır.
8. İshal zamanı banandan istifadə etmək çox faydalıdır. Kim bu xəstəlikdən əziyyət çəkirsə, banandan istifadə etmək məsləhət görülür.
9. Bananda kalyum maddəsi çox olduğu üçün idmanla məşğul olan insanlar üçün əhəmiyyətlidir.
10. Şişkinlikdən əziyyət çəkən insanlar da banandan istifadə edərsə, şişkinliyi azalar.
11. Məşqdən əvvəl banandan istifadə edərkən, insan gec yorulur, qanda şəkər qalxması tezləşmir və məşqin axırına kimi yorğunluq hiss olunmur.
12. Banan toksin və başqa zərərli maddələri mədədən xaric edərək, qidanın yaxşı həzm olunmasına kömək edir.
13. Bananın tərkibində qadınlar üçün serotonin və başqa faydalı maddələr olduğu üçün qadınlara banandan istifadə etməkməsləhət görülür.
14. Qan azlığı zamanı bananın tərkibində dəmir elementi çox olduğuna görə banandan istifadə etmək əhəmiyyətlidir.
15. Ürək xəstəliyi olan insanlar, bananın tərkibində kalyum çox olduğu üçün ondan istifadə etdikdə ürəyin fəaliyyətini yaxşılaşdırır, insulit və infakt riskini azaldır, hipertaniya xəstəliyini sağaldır.
16. Bananın tərkibində antioksidanlar və amin turşusu olduğu üçün insan orqanizmini tənzimləyir və immuniteti qaldırır.
17. Banan insan böyrəklərinin iş prinsipini tənzimləyir, böyrəkdə olan daş və qumları xaric edir.

Könül Oruc

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun