Tibbi xəbərlər
Balıq yaddaşına sahib olan qan qrupları məlum oldu:
Tibbi xəbərlər

Balıq yaddaşına sahib olan qan qrupları məlum oldu: Yediklərini belə unudurlar

Qan qrupu sağlamlığa müxtəlif yollarla təsir edə bilər və son araşdırmalar göstərir ki, müəyyən qan qrupu yaddaş itkisi və idrak qabiliyyətinin pozulması riskini artırır.

E-saglam.az xəbər verir ki, xüsusilə AB (IV) qan qrupu və yüksək VIII faktor səviyyəsi olan insanlarda bu riskin daha yüksək olduğu müəyyən edilib.

Tədqiqat zamanı 45 yaş və daha yuxarı 30.000 nəfər izlənilib. Üç il yarımlıq müşahidədən sonra 495 nəfərdə koqnitiv pozğunluqlar aşkarlanıb və bu şəxslər yaddaş problemi olmayan nəzarət qrupu ilə müqayisə edilib. Nəticələr göstərib ki, bəzi qan qruplarına sahib insanlar digərlərinə nisbətən iki dəfə çox idrak pozğunluğu riski daşıyır.

Xüsusilə AB qan qrupu koqnitiv problemlərlə daha çox əlaqələndirilir. Bundan əlavə, qanın laxtalanmasına təsir edən VIII faktorun yüksək səviyyədə olması idrak pozğunluğu riskini 24 faiz artırır. Neurology jurnalında dərc edilən araşdırma bu tapıntıları təsdiqləyib və professor Mary Cushman qan qrupu ilə damar sağlamlığı arasındakı əlaqəyə diqqət çəkərək, bunun beyin funksiyalarına da təsir edə biləcəyini vurğulayıb.

Bu araşdırma qan qrupunun təkcə qanköçürmə və immunitet sistemi üçün deyil, həm də idrak sağlamlığı baxımından əhəmiyyətli olduğunu ortaya qoyur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun