Tibbi xəbərlər
Balakəndə azyaşlının əli ətçəkən maşında qalıb
Tibbi xəbərlər
153

Balakəndə azyaşlının əli ətçəkən maşında qalıb

Balakən şəhərində bir nəfər azyaşlının əli ətçəkən maşında sıxılıb qalıb.

E-saglam.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılaraq xilas olunması təmin edilib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun