Balaca Kövsər SMA xəstəliyindən əziyyət çəkir.
Bu barədə E-saglam.az-a Kövsərin anası məlumat verib:
"Spinal Muscular Atrophy, yəni əzələlərin mutasiyaya uğraması nəticəsində əmələ gələn əzələ gücsüzlüyü. Xəstəliklə bağlı məlumatı olanlar çox vəsait tələb edən xəstəlik olduğunu bilir.
Vaxtında lazımi tədbirlər görülmədikcə xəstələrdə geriləmə, hərəkətlərində məhdudiyyət yaranır, bacardıqları hərəkətləri itirə və daha da ağır nəticələrə gətirib cixara bilir. Erkən diaqnoz tək başına deyil, erkən müalicəylə bərabər həyat qurtarır. Mən və ailəm Kövsərin müalicəyə gecikməyəcəyinə, bacarıqlarını itirməyəcəyinə, yeni motor bacarıqlar qazanacağına va xəstəliyə qalib gələcəyinə ümid edirik.
Maddi və mənəvi dəstək olanlara təşəkkür edirik. Kövsər Spinraza preparatı uğrunda mübarizə apardığı üçün məbləğ 612 000 azn (bu qiymət 6 doz spinrazaya hesablanıb) təşkil edir. Kövsər SMA tip-2 olduğu üçün həkimlər Spinrazanın da faydalı olacağını deyirlər. Sual olunarsa, Zolgensama vurula bilərmi? Bəli, bəzi ölkələrdə 24 kq-a qədər çəkisi olan uşaqlara vurulur. Sadəcə biz hazırda sahib olduğu bacarıqları itirməsin deyə, qısa zamanda toplanılması mümkün olan Spinrazaya qərar vermişik. Bizi bu yolda tək qoymayacağınıza inanırıq".
Qeyd edək ki, Kövsər üçün lazımi məbləğin hələ ki, cəmi 4 faizi toplanıb. Yəni, 27 000 AZN toplanıb, qalan məbləğ 585 000 AZN
#kövsərədəstək
Rabite Bank 4189 8000 8474 9231
Kapital Bank 4169 7388 2566 4927
Kart adi: Safa Aliyev
Siberkart: 2202 2036 4261 8922
Kart adi : Алиева Ханымзада