Tibbi xəbərlər
Bakteriyalar antibiotiklərdən qorunma mexanizmi
Tibbi xəbərlər
205

Bakteriyalar antibiotiklərdən qorunma mexanizmi yaradıblar

Barselona Elm və Texnologiya İnstitutunun alimləri bakteriyaların geniş istifadə olunan antibiotiklərdən qorunma mexanizmini aşkar ediblər.

E-saglam.az xəbər verir ki, tədqiqat “Nature Communications” elmi jurnalında dərc olunub.

Komanda bağırsaq çöplərinin öyrənilməsinə diqqət yetirib, bunun üçün antibakterial dərman streptomisin və kasuqamisindən istifadə ediblər. Hər iki antibiotik xüsusi olaraq ribosomlarını hədəf alaraq bakteriyaların yeni zülallar əmələ gətirmə qabiliyyətini pozur. Bu molekulyar strukturlar zülallar yaradır, özləri zülallardan və ribosomal RNT-dən ibarətdir.

Ribosomal RNT tez-tez ribosomun formasını və funksiyasını dəyişə bilən kimyəvi etiketlərlə dəyişdirilir. Hüceyrələr zülal istehsalını tənzimləmək üçün bu etiketlərdən istifadə edirlər.

Tədqiqat müəyyən edib ki, antibiotiklərə cavab olaraq bağırsaq çöpləri normal şəraitdə istehsal olunanlardan bir qədər fərqli olan yeni ribosomları yığmağa başlayıb. Hansı antibiotikin istifadə olunduğundan asılı olaraq, yeni ribosomların xüsusi etiketləri olmayıb. Bu hiylə isə bakteriyaları dərmanlara daha davamlı edib.

Alim Eva Novoa bildirib ki, bağırsaq çöpləri molekulyar strukturlarını heyrətamiz dəqiqliklə və real vaxt rejimində dəyişir: “Bu, dərmanlardan yayınmağın gizli və incə bir yoludur”. (Report.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun