Tibbi xəbərlər
Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə
Tibbi xəbərlər
248

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Bakıda özəl tibb müəssisəsi növbəti dəfə satışa çıxarılıb.

E-saglam.az xəbər verir ki, bu, paytaxtın Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşir.

Bu tibb müəssisəsi əvvəllər "Qismət", sonra "Alliance", hazırda isə "Dəniz" klinikası adı ilə fəaliyyət göstərir. Yeddi mərtəbədən ibarət və 4300 kv m. sahəyə malik olan klinika binası yenicə təmirdən çıxıb və bir neçə gün öncə klinikanın təmirdən sonra açılış mərasimi baş tutub.

Bütün zəruri tibbi cihaz və avadanlıqlarla təchiz olunan klinikanın 20-dən çox tibbi xidmət lisenziyası mövcuddur. Əməliyyat blokları, doğuş zalları, palatalar müasir üslubda tam işlək vəziyyətdədir.  Klinikanın adi palatalarından əlavə, 30-dan çox tək nəfərlik (VİP) palatası vardır.

Sahibi tibb müəssisəsini 15 milyon manata satışa çıxarıb.

Qeyd edək ki, klinika "Qismət" adı ilə ilk dəfə 2018-ci ildə, sonra isə 2019-cu ildə satışa çıxarılmışdı. Həmin vaxtı da klinikanın satış dəyəri 15 milyon manat olub.

İqtisadiyyat.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun