Tibbi xəbərlər
Bakıda yeni Tibb Mərkəzi açıldı
Tibbi xəbərlər

Bakıda yeni Tibb Mərkəzi açıldı

Nizami Tibb Mərkəzi fəaliyyətə başlayıb.

E-saglam.az xəbər verir ki, Mərkəz 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının bazasında yaradılıb.

Beşmərtəbəli tibb müəssisəsi 74 çarpayılıqdır. Burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar nevrologiya və reanimasiya şöbələri fəaliyyət göstərir. Bütün şöbələr müasir tibbi avadanlıqlarla təchiz olunublar.

İyunun 30-u İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, Nizami Tibb Mərkəzi özündə dörd tibb müəssisəsini birləşdirir. Bunlar 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 7 nömrəli Doğum Evi və “Azərsutikinti” Xəstəxanasıdır. Sözügedən tibb müəssisələrinin fəaliyyəti Nizami Tibb Mərkəzi tərəfindən həyata keçiriləcək./medicina.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun