Tibbi xəbərlər
Bakıda uğursuz əməliyyatın qurbanı olan qadın:
Tibbi xəbərlər
482

Bakıda uğursuz əməliyyatın qurbanı olan qadın: Evdən bayıra çıxa bilmirəm - FOTO

"Bədənimdəki deşikdən çirk axır. Ağrılarım var, evdən çıxa bilmirəm".

E-saglam.az xəbər verir ki, bu sözləri uğursuz əməliyyatın qurbanı olan Şəhla Əliyeva Baku TV-yə açıqlamasında deyib.

"Üç il öncə bədənimin bəzi nahiyələrinə gel vurdurmuşdum. 8 ay əvvəl ağrılarım oldu. İnternetdə bu sahədə ixtisaslaşmış həkimi gördüm və ona müraciət etdim. Həkim bəzi nahiyələrimdən gelləri çıxartdı. Bədənimdəki deşiklər hələ də yumulmayıb və həmin nahiyədən çirk hələ də axır".

Ş.Əliyeva həkim tərəfindən göz qapağı əməliyyatı da olunduğunu bildirib:

"Etdiyi bütün əməliyyatlar uğursuz alınıb. Ayağımda öz-özünə göyərmələr olur".

Şikayətçi ona dəyən ziyanın ödənilməsini tələb edir. Deyir ki, heç olmasa, əməliyyata verdiyi pulu geri qaytarsın ki, o da həkimin bədənində yaratdığı fəsadları başqa, daha peşəkar həkim vasitəsilə aradan qaldırsın:

"Qaşımı əlavə pul ödəyərək əməliyyat etdirdim. Göz qapağımı da düzəltdirməliyəm. Bunlara əlavə pulum çıxacaq. Həkimə 17 minə yaxın pul vermişəm. Ortada heç bir nəticə yoxdur. Pulumu geri istəyirəm".

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun