Tibbi xəbərlər
Bakıda tibb mərkəzinin şöbə müdiri onkoloji xəstəlikdən vəfat edib
Tibbi xəbərlər
182

Bakıda tibb mərkəzinin şöbə müdiri onkoloji xəstəlikdən vəfat edib

Bakıda tibb mərkəzinin şöbə müdiri onkoloji xəstəlikdən vəfat edib

Nizami Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinin müdiri Cəmaləddin İsgəndərli vəfat edib.

E-saglam.az xəbər verir ki, o, uzun müddətdir onkoloji xəstəlikdən müalicə alırmış.

Qeyd edək ki, Cəmaləddin İsgəndərli 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1977-1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə işi ixtisası üzrə təhsil alıb. 1981-1983-cü illərdə Əfəndiyev adına 4 nömrəli Şəhər Klinik xəstəxanasının Qəbul bölməsində tibb qardaşı kimi fəaliyyət göstərib.

1984-1989-cu illərdə Ordubad Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində çalışıb. 1989-cu ildə Azərsutikinti xəstəxanasında Qəbul bölməsində çalışıb. 2018-ci ildə həmin xəstəxanada Baş həkimin müavini kimi çalışıb. 2020-2022-ci illərdə Qəbul şöbəsinin müdiri vəzifəsində işləyib. 2022-ci ildən Nizami Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Mənbə: Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun