Tibbi xəbərlər
Bakıda sığınacaqda çox sayda uşaq qızılcaya yoluxub
Tibbi xəbərlər
178

Bakıda sığınacaqda çox sayda uşaq qızılcaya yoluxub

Azərbaycan Uşaqlar Birliyinin Bakıda yerləşən sığınacağında qalan uşaqlar arasında qızılcaya yoluxma sayı xeyli artıb.

Bu sözləri E-saglam.az-a açıqlamasında birliyin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, həmin uşaqlardan 20-si artıq xəstəxanaya yerləşdirilib:

"Qızılcaya yoluxanların əksəriyyəti 5 yaşadək olan körpələrdir. Əməkdaşlarımızdan ikisi hazırda xəstəxanadadır. Əlavə olaraq daha iki dayəyə ehtiyacımız var", - deyə, o bildirib.

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun