Tibbi xəbərlər
Bakıda pullu qulaqsındırma xidməti -
Tibbi xəbərlər
207

Bakıda pullu qulaqsındırma xidməti - QİYMƏTLƏR

Son günlər Azərbaycanda maraqlı və eyni zamanda təəccüblü bir tendensiya müşahidə olunur.

E-saglam.az Bakupost.az-a istinadla xəbər verir ki, gənclər arasında "idmançı görünüşü" əldə etmək üçün qulaqlarını qəsdən zədələtmək dəbə çevrilib. Bunun üçün sosial şəbəkələrdə xüsusi səhifələr yaradılıb və burada qulaq qırma xidməti təklif olunur.

Sosial şəbəkələrdə bu "xidmət"i təklif edənlər, qulaqlarını qırdıqları şəxslərin videolarını paylaşaraq, yeni müştərilər cəlb etməyə çalışırlar. Qiymətlər isə olduqca "əlverişli"dir.

Bakupost.az -ın əməkdaşı bu "xidmət"i göstərənlərlə əlaqə saxlayıb, qiymətlərlə maraqlanıb. Əməkdaşımıza bildiriblər ki, bir qulağın qırılması 50 manat, hər iki qulağın qırılması üçün isə 100 manat ödənilir:

"Əgər qulaqlar əvvəllər hansısa şəkildə zədələnibsə, xidmətin qiyməti bir qədər də arta bilər".

Bakupost.az

Qulaq həkimi Elxan Zərgərov isə Bakupost.az-a açıqlamasında bildirib ki, qulağın bu cür sındırılması çox təhlükəlidir:

“Qulağı sındıranda içinə qan yığılır , qığırdaq qidalanmır və öz funksiyasını itirir. Nəticədə, çapıq əmələ gəlir. Bu, eşitməyə çox zərər vermir, amma çox təhlükəlidir. Qulaq sındırılanda infeksiya keçə bilər, bu, hətta bəzən qulağın çürüməsiylə belə nəticələnə bilər. Mən bir çox ölkədə olmuşam, belə bir şeyi ancaq Azərbaycanda görürəm”.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun