Tibbi xəbərlər
Bakıda iyrənc mənzərə:
Tibbi xəbərlər
215

Bakıda iyrənc mənzərə: Marketdə ət satılan soyuducuya pişik girdi - Rəsmi AÇIQLAMA

Bakıda yerləşən marketlərin birində ət və ət məhsullarının olduğu soyuducunun içərisində pişik görünüb.

E-saglam.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülər sosial şəbəkədə narazılığa səbəb olub. 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan görüntü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb:

“Məsələ Agentliyin Bakı regional bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə Agentliyin "1003" qaynar xəttinə məlumat versinlər”. (modern.az)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun