Tibbi xəbərlər
Tibbi xəbərlər
340

Bakıda gənc oğlan supermarketdə öldü, Həkimlər tənqid olunur - VİDEO

Bakıda məşhur supermarketlərdən birində gənc oğlan qəfil dünyasını dəyişib.

E-saglam.az xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videoda mərhuma tibbi yardım göstərən həkimlər tənqiq olunub. Sosial şəbəkə istifadəçilərindən biri isə qeyd edib ki, tibb işçiləri cəmi 5 dəqiqə ərzində gəlsələr də, 45 dəqiqə müddətində gəncin ürəyi səhv masaj edilib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva “Report”a açıqlamasında bildirib ki, hadisə ilə əlaqədar 103 çağrı mərkəzinə çağırış daxil olub:

“Çağırışdan 5 dəqiqə sonra həkim briqadası hadisə yerində olub. Həkimlərin çatanda həmin şəxs artıq çoxdan keçinmiş olub. Çağırışı verən şəxs isə vətəndaşın nə zaman keçindiyini bilinmədiyindən həkimlərimiz dərhal ürək-ağciyər reanimasiyasına başlayıb. Bu müdaxilə ölümdən keçən 3-5 dəqiqə ərzində icra olunur. Adətən bu müdaxilədə ilk olaraq güclü təkan verilir, yəni döş qəfəsinə möhkəm yumruq vurulmalıdır. Ardınca masaj edilir. Həkimlərin ətrafda adam çox olduğundan təkan vurmayıblar”.

İ.Əliyeva vurğulayıb ki, həmin şəxs uşaqlıqdan ürəklə bağlı problemi olub:

“Araşdırmalar zamanı məlum olub ki, mərhum mütəmadi şəkildə ürəyindən müalicə alıb, poliklinikada qeydiyyatda olub”.

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun