Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.

E-saglam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi aprelin 2-dən iyulun 1-dək uzadılıb.

E-saglam.az