Tibbi xəbərlər
Bakıda bağırsaq yuyulması üçün klinikaya gedən kişi vəfat etdi
Tibbi xəbərlər
3839

Bakıda bağırsaq yuyulması üçün klinikaya gedən kişi vəfat etdi

Bakıda klinikalardan birində ölüm hadisəsi baş verib.

E-saglam.az Musavat.com-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Ceyhun Akif oğlu Süleymanov yanvarın 21-də müalicə aldığı "Medilife" klinikasında dünyasını dəyişib.

C.Süleymanov yanvarın 21-də ilk olaraq Bakıxanov qəsəbəsində yerləşən "Stimul" klinikasına hidrokolonoterapiya (bağırsaq yuyulması) üçün müraciət edib. Müraciətinin səbəbi mədə-bağırsağında olan problemlə bağlı olub.

"Stimul" klinikasında narkoz həkimi olmadığı üçün onu "Medilife" klinikasına yönləndiriblər.

"Medilife" klinikasında həkim Ləman Xasıyeva tərəfindən bağırsağı yuyulan C.Süleymanov bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı ailəsinə dəqiq məlumat verilmir. İlkin məlumat olaraq bildirilib ki, mərhumun təzyiqi qalxıb. Mərhum ailəli olub, 2 övladı var idi.

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.

Fotoda Ceyhun Süleymanov

Fotoda Ləman Xasıyeva

E-saglam.az

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun