Yandex watch
Bağırsaq xərçənginin qarşısının alınmasında təsirli olan kalsiumu necə əldə etmək olar?

Kalsium, güclü sümüklər və dişlər üçün vacib bir mineraldır və bağırsaq xərçənginin qarşısının alınmasında mühüm rol oynayır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Oksford Universitetinin araşdırmasına görə, gündə 300 mq əlavə kalsium qəbul etmək bağırsaq xərçəngi riskini 17% azaldır. Kalsium, əzələ daralmasından sinir keçiriciliyinə qədər bir çox funksiyada rol oynayır. Kalsium çatışmazlığı zamanı bədən bu mineralı sümüklərdən çəkməyə başlayır, bu da zamanla sümüklərin zəifləməsinə səbəb olur. Yetkinlər üçün tövsiyə olunan gündəlik kalsium miqdarı 700 mq-dır.

Kalsium yalnız süddən alınmır. Sardina, qurudulmuş reyhan, bişmiş kələm, lobya, portağal, qurudulmuş əncir və mineral su da zəngin kalsium mənbələridir.

Sardina, yeməli sümükləri ilə mükəmməl kalsium qaynağıdır, reyhan isə yeməklərdə istifadə edilə bilən kalsiumla zəngin bir otlardır. Kələm, oksalat turşusu az olduğundan orqanizm tərəfindən yaxşı sorulur. Lobya lif və zülal baxımından da faydalıdır. Portağal, C vitamini ilə zəngin olduğu üçün immunitet sistemini dəstəkləyir. Qurudulmuş əncir isə sümük sağlamlığı üçün vacib mineralları ehtiva edir. Mineral su da yaxşı kalsium mənbəyidir.

Bu qidaları pəhrizinizə daxil edərək, kalsium səviyyənizi təbii yolla artıra bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az