Tibbi xəbərlər
Badamcıqlar cərrahi yolla çıxarıldıqdan sonra yenidən bərpa oluna bilər -
Tibbi xəbərlər
731

Badamcıqlar cərrahi yolla çıxarıldıqdan sonra yenidən bərpa oluna bilər - Alimlərin yeni araşdırması

Lankaster Universitetinin britaniyalı alimləri badamcıqların cərrahi yolla çıxarıldıqdan sonra bərpa oluna biləcəyini müəyyən ediblər.

E-saglam.az “Report”a istinadən xəbər verir ki, araşdırma “The Conversation” portalında dərc olunub.

Limfa sistemin bir hissəsi olan badamcıqlar bədənin infeksiyalardan qorunmasında mühüm rol oynayır. Ancaq xroniki iltihablarda bunlar çıxarılmalıdır. Badamcıqların yalnız bir hissəsinin çıxarıldığı qismən tonzillektomiya onların mümkün yenidən böyüməsinin səbəblərindən biridir.

Bu üsul bərpa müddətini qısaldır və ağırlaşma riskini azaldır, lakin xəstələrin təsminən 6 %-də, xüsusən uşaqlarda badamcıqlar yenidən böyüyə bilər ki, bu da bəzən yenidən əməliyyat tələb edir. Tədqiqatçılar uşaqlıq illərində çıxarıldıqdan 40 il sonra badamcıqları tamamilə bərpa olunan Keti Qolden adlı ABŞ vətəndaşının xəstəlik tarixçəsinə baxıblar.

Alimlərin fikrincə, orqanların yenidən böyüməsi onların qalıq toxumasının yeni iltihaba məruz qaldığı hallarda baş verir.

Badamcıqların bərpası orqan bərpasının yeganə nümunəsi deyil. Məsələn, qaraciyər toxumasının yalnız 10 %-ni qoruyarkən belə tam ölçüyə qədər bərpa edə bilir. Dalaq da inanılmaz bir bərpa qabiliyyətinə malikdir: zədələnmədən və ya çıxarıldıqdan sonra fraqmentlər qarın boşluğunda "kök sala" bilər və öz funksiyalarını yerinə yetirməyə davam edir.

E-saglam.az

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun