Babasili (hemoroid) olanlar nələrə diqqət etməlidir?
E-saglam.az xəbər verir ki, hemoroidi olanların diqqət etməli olduğu digər şeylər bunlardır:
- Nə qədər ağrılı və acılı olsa da, nahiyəni təmiz saxlamaq lazımdır. Təmizləmə zamanı aşındırıcı məhsullardan və sərt sürtmədən qaçınmaq lazımdır. Hemoroid qaşınmamalı və qanaxmamalıdır.
- İnsan ideal çəkisində qalmağa diqqət etməli və çəki artımının olmamasına fikir verməlidir.
- Tualetdə uzun müddət oturmaq və gərginləşdirmək hemoroidin yaranmasına səbəb olar və problemi daha da ağırlaşdıra bilər. Hemoroidi olanlar uzun müddət tualetdə oturmaqdan çəkinməlidirlər.
- Uzun müddət oturmaq hemoroidə səbəb ola bilər, buna görə də mümkünsə uzun müddət oturmamağa diqqət yetirilməlidir.
- Stress, hər hansı bir xəstəlikdə olduğu kimi hemoroid xəstələrində də xəstəliyi şiddətləndirə bilər.
- Yuxusuzluq və yorğunluq mövcud şikayətləri artıra bilər.
Tərcümə: Könül Oruc