Tibbi xəbərlər
B12 vitaminin çatışmazlığı qalıcı zərər verə bilər –
Tibbi xəbərlər

B12 vitaminin çatışmazlığı qalıcı zərər verə bilər – Ehtiyatlı olun

B12 vitamini çatışmazlığı idrak qabiliyyətinin azalmasına və qalıcı beyin zədələnməsinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Dos. Dr. Abdullah Özkardeşin sözlərinə görə, erkən diaqnoz və əlavə müalicə sinir sistemi sağlamlığında mühüm rol oynayır.

San-Fransisko Kaliforniya Universitetinin yeni araşdırmasına görə, qan testlərində B12 vitamininin sərhəddə və ya aşağı normal səviyyələrdə olması idrak qabiliyyətinin azalmasına və yaşlılıqda beyin toxumasının zədələnməsinə səbəb ola bilər.

Açıqlamada araşdırma ilə bağlı fikirləri yer alan Özkardeş, B12 vitamininin yalnız qan azlığı ilə deyil, sinir sistemi sağlamlığı ilə də yaxından əlaqəli olduğunu ifadə etdi.

Özkardeş, "Əskikliyi geri qaytarılması çətin olan sinir hüceyrəsi zədələnməsinə səbəb ola bilər. Xüsusilə yaşlı insanlarda unutqanlıq və yavaş reflekslər kimi əlamətlər varsa, B12 əlavəsi erkən düşünülməlidir", - dedi.

B12 vitamininin sinir sisteminin sağlam işləməsi üçün kritik bir qida maddəsi olduğunu qeyd edən Özkardeş, onun çatışmazlığının zamanla sinir hüceyrələrinə geri dönməz zərər verə biləcəyini ifadə etdi: "Xüsusilə yaşlı insanların B12 səviyyələrinin mütəmadi olaraq yoxlanılması lazımdır. Nevroloji simptomları olan xəstələrdə B12 əlavəsinə erkən başlamaq vacibdir".

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun