Tibbi xəbərlər
Azərbaycanın regionlarında hepatitlərin müalicəsi məqsədilə komissiyalar yaradılacaq
Tibbi xəbərlər
103

Azərbaycanın regionlarında hepatitlərin müalicəsi məqsədilə komissiyalar yaradılacaq

Azərbaycanın regionlarında hepatitlərin müalicəsi məqsədilə komissiyaların təşkili planlaşdırılır.

Bu barədəE-saglam.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, TƏBİB əhali arasında viruslu hepatitlərin yayılmasının qarşısını almaq üçün müvafiq beynəlxalq qurumlarla işi davam etdirir.

Qeyd edək ki, ÜST-ün 2019-cu ildə verdiyi məlumatlara əsasən dünyada hepatit C ilə yaşayan insanların sayı 58 milyon, hepatit B ilə isə 296 milyon nəfər təşkil edib ki, onlardan da 1,1 milyon nəfəri 2019-cu ildə bu infeksiyalar və onların təsiri, o cümlədən qaraciyər xərçəngi, sirroz və xroniki virus hepatitlərinin səbəb olduğu digər ağırlaşmalar səbəbindən vəfat edib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun