Yaxın gələcək üçün əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin ödənişli olması nəzərdə tutulmur.
E-saglam.az xəbər verir ki, bu sözləri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində bu xidmət ödənişli olsa da, bu xidmətdən əsassız istifadənin qarşısını almaq üçün tətbiq olunur: "Bizim bu gün üçün əsas hədəfimiz tibbi yardımın əhaliyə əlçatanlığını təmin etməkdir. Hazırda ödənişli təcili tibbi yardım xidməti məsələsi gündəmdə yoxdur”.