Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 830 360 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 660 nəfər müalicə olunaraq sağalıb, 10 197 nəfər vəfat edib, aktiv xəstə sayı 503 nəfərdir.
Ölkədə son sutka ərzində 920, hazırkı dövrədək isə 7 568 447 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 115 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 72, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 26, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 957 429, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 408 896, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 206, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 299, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 028 nəfər təşkil edir.