Tibbi xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB
Tibbi xəbərlər
251

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, nətiəsi pozitiv çıxan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 792 863 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 076 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 72 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 351, bu günə qədər isə ümumilikdə 6 918 939 test icra olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun